Qadin.NET / Deyirlər ki, yağış yağanda dualar tez qəbul olur...

Deyirlər ki, yağış yağanda dualar tez qəbul olur...

 

Deyirlər ki, yağış yağanda dualar tez qəbul olur. Dinimiz bu fikri təsdiq edirmi?
Milli.Az islam.az-a istinadən bildirir ki, bəzi vaxtlarda duaların daha tez Allah tərəfindən qəbul edildiyi, yəni müstəcab olduğu bildirilir. Bunlardan biri də göydən Allahın rəhməti (mərhəməti) yağan vaxtdır. İmam Cəfər Sadiq (ə) buyururdu ki, dörd vaxtda səmanın qapıları açılar və dualar müstəcab olar: külək əsən zaman, zöhr vaxtı, yağış yağanda və Allah yolunda mömin qanının ilk qətrəsi yerə töküləndə.
Həzrət Əli (ə) isə müsəlmanları dörd yerdə dua etməyə çağırırdı: Quran oxunanda, azan deyiləndə, yağış yağanda, haqq və batil qoşunları toqquşanda (Üsuli-Kafi, Kitabüd-dua, 13-cü bab).
Mənbə: Milli.Az

 

22 aprel 2014
GO BACK