Qadin.NET / Televiziya və kompüterin uşaqlara təsiri

Televiziya və kompüterin uşaqlara təsiri

 


TV və kompüter başında uzun müddət vaxt keçirmək, uşaqlardan məktəb əvvəl dövrdə otizme, məktəb çağında isə hiperaktiviteye səbəb olar. Türk mütəxəssis Emine Gülər ailələrə, uşaqları ilə daha çox vaxt keçirmələrini tövsiyyə edərkən: "Televiziya və kompüter başında uzun müddət vaxt keçirmək uşaqlarda məktəbdən əvvəlki dövrdə otizme, məktəb çağı uşaqlarında isə hiperaktivliyə və diqqət dağınıqlığına səbəb olduğu elmi araşdırmalarla sübut edilmişdir  "-dedi. Uşaqların məktəbə başladıqdan sonra, xüsusi fəaliyyətlərə ehtiyac duyduğunu ifadə edən Emine Gülər "Birinci sinifdən beşinci sinifə qədər olan dövrdə aparılan ictimai fəaliyyətlər -muzey gəzintiləri, teatrlar, sərgilər, məktəb gəzintiləri uşaqların öyrənmək istəklərini artırıb, hazırlanmasında çox faydalıdır. Ana və atanın uşaqlarına edə biləcək ən böyük köməyin, uşağın xüsusiyyətləri və qabiliyyətlərinə uyğun təhsil imkanı vermək olduğunu ifadə edən Emine Gülər, "Bununla birlikdə hər uşağın özünə xas bir uşaq olduğunu unutmayın. Uşaqlıq dövründə  bütün uşaqlar kimi sizin uşağınızın da ən böyük ehtiyacı sevgi, anlayış və maraqlarıdır”- deyə ifadə etdi. “Məktəbəqədər dövrdə uşaqlara zehni qabiliyyətlərini inkişaf etdirəcək oyuncaq və materiallar almaq zehni inkişaf baxımından təsirli vasitələrdən biridir. Uşaqlara hekayə izah etmək, şəkil çəkdirmək və s. fəaliyyətlər də uşaqların yaradıcılıq qabiliyyətini inkişaf etdirir. Uşaqları, məktəb və dərsdən sonra qalan zamanlarda televiziya və kompüterdən asılısı olmaqdan qurtarmaq üçün müxtəlif maraq sahələrinə istiqamətləndirmək lazımdır. Tv və kompüter oyunları və bunların başında uzun müddət vaxt keçirməkdən uzaqlaşdırmaq üçün uşaqlarımızı astronomiya, robot texnologiyası, şahmat və müxtəlif idman fəaliyyətlərə yönləndirmək lazımdır. Evdə uşaqlarınızla  bənzərlik və fərqləri tapma oyunları,söz izah etmək, atalar sözü tapmaq, xəritələrdən yer tapmaq  və məntiq bilməcələri kimi oyunlar oynayaraq həm yaxşı vaxt keçirə, həm də uşaqların zehni inkişafına kömək edə bilərsiniz”.


 

Mənbə: Fakto.info

22 aprel 2014
GO BACK