Qadin.NET / Sümüklərin "xörəyi"

Sümüklərin "xörəyi"

 


Florida Universitetinin (ABŞ) alimləri osteoporozun inkişafının qarşısını almaq üçün effektiv vasitə tapıblar. Məlum olub ki, hər gün qara gavalı yeyilərsə, o, sümükləri möhkəmlədər. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, osteoporozun yaranması üçün yüksək risk daşıyan menopauza vəziyyətinə girən 90 qadın təcrübəyə qatılıb. Onları iki yerə ayırıblar. Birinci qrupdakılar hər gün alma qurusu, ikinci qrupdakılar isə qara gavalı yeyirdilər. Təcrübə bitdikdə müqayisəli təhlil aparıldı. Məlum oldu ki, hər gün qara gavalı yeyənlərin sümükləri daha möhkəm olub.  

Bundan başqa, stomatoloqlar deyirlər ki, qara gavalı karies və damağın iltihabı, eləcə də ağız boşluğunun digər xəstəlikləri ilə də effektiv mübarizə aparmağa qadirdir. İş burasındadır ki, bu meyvə qurusu zərərli mikroorqanizmlərin çoxalmasını əngəlləyir, stomatoloji pozuntular yaradan bakteriyaları bloka salır. 

Ancaq qara gavalını artıq hər gün rasionuna daxil etməyə qərar verənlərə bir xəbərdarlığımız var: qara gavalı qarın açır. Qədəri gözləyin.

Mənbə:Milli.Az

 

22 aprel 2014
GO BACK