Qadin.NET / Xanımların nəzərinə: əgər işləyirsinizsə...

Xanımların nəzərinə: əgər işləyirsinizsə...

 


Hamiləlik zamanı meydana gələn xəstəliklərdən biri də preeklampsiya xəstəliyidir. Əsasən, hamiləliyin son 3 ayında ortaya çıxan bu xəstəlik vaxtından qabaq doğumla, hətta ananın və körpənin ölümü ilə nəticələnir.

 
Preeklampsiya ehtimalı işləyən hamilə qadınlarda daha çoxdur. Bu xəstəlik damarlarda olması vacib olan mayenin “itməsinə”, həmçinin əllərin, ayaqların şişməsinə gətirib çıxarır ki, bu da ananın təzyiqinin yüksəlməsi ilə nəticələnir. Bütün bunları aradan qaldırmaq üçün xəstəyə vaxtında diaqnoz qoyulmalı və xəstə vaxtında müalicə olunmalıdır. Əks təqdirdə, ananın da, körpənin də həyatı təhlükə altında qala bilər. Preeklampsiyanın əsas əlamətlərindən biri də üzün şişməsi, yaddaşın zəifləməsi, yuxuya meyillilik, gözdə zəiflik... və s-dir. Preeklampsiya yüngül və orta olmaqla iki qrupa bölünür.
 
Birinci halda xəstəlik həkimin tövsiyəsi ilə, poliklinika şəraitində aradan qaldırılmalı və ana bu mövzuda maarifləndirilməlidir. İkinci halda isə xəstə daim həkim nəzarəti altında olmalı, hətta lazım gəlsə, xəstəxanada müalicə edilməlidir. Deyildiyi kimi, hər iki halın baş verməməsi və ana-körpə ölümləri ilə nəticələnməməsi üçün vaxtında həkimə müraciət etmək və müayinədən keçmək məsləhət görülür. Çünki bu xəstəliyin erkən başlaması və uzun sürməsi körpəyə gedən qida maddələrinin, həmçinin oksigenin azalmasına, körpənin inkişafdan qalmasına, hətta körpənin bətndə ikən ölümünə səbəb ola bilər. Digər tərəfdən, körpənin doğulduqdan sonra da ciddi sağlamlıq problemləri ilə üzləşmə ehtimalı var. Bu mərhələlər baş verməsin deyə, hamiləlik prosesi ilk aylardan nəzarət altında saxlanılmalı, meydana çıxan hər bir problem ən qısa bir vaxtda aradan qaldırılmalıdır.
Mənbə:Milli.Az

 

22 aprel 2014
GO BACK