Yapon alimləri bu fikirdədirlər
Yaponiya alimlərinin fikrincə, televizora çox baxmaq uşaq beyninin fəaliyyətinə xoşagəlməz təsir göstərir.
Milli.Az azvision.az-a istinadən xəbər verir ki, onlar qeyd ediblər ki, vaxtının çoxunu televizor qarşısında keçirən uşaqların beynində qan laxtalanması, verbal-intellektual qabiliyyətlərin azalması ilə müşahidə olunur. Bu barədə yapon alimləri bir neçə həftə öncə keçirdikləri tədqiqatlara əsasən, məlumat veriblər.
Yaponiya alimlərinin tədqiqatlarında 5 yaşdan 18 yaşadək uşaqlar iştirak edib. Təcrübə zamanı onlar hər gün televizor qarşısında 2 saatdan çox olmayaraq vaxt keçirirdilər.
Beyin fəaliyyətlərində ən çox dəyişiklik gündəlik televiziya qarşısında 4 saatdan çox vaxt keçirən uşaqlarda qeydə alınıb. Mütəxəssislərin fikrincə, uşaqların hansı televiziya proqramını izləməsinə diqqət yetirmək lazımdır. Əgər uşaq təhsil barədə proqrama baxırsa, bu, ona müsbət təsir göstərəcək.