"Uşaqların qarşısında yıxıldım. Kətilə oturmaq istədim. Kətilin ayağı sındı və yerə dəydim. Həmin anlarda yer yarılsaydı, utandığımdan yerə girərdim.
Və onda qərara gəldim ki, bu çəki ilə yaşamaq çətindir. Mütləq arıqlamalıyam".
Və onda qərara gəldim ki, bu çəki ilə yaşamaq çətindir. Mütləq arıqlamalıyam".
İngiltərənin Lankaşir qraflığındakı Pulton li Fild şəhərində yaşayan və bu şəhərdəki məktəblərdən birində dərs deyən Lüsi Millerin çəkisi 107,9 kq idi.
O, dərslərdən birində kətilə oturmaq istəyəndə yıxılıb. Kətil qadın müəllimin ağırlığına dözməyib.
Lüsinin dediyinə görə, məhz həmin "rüsvayçı hadisə"dən sonra arıqlamağa qərar verib.
Onun sözlərinə görə, dərsdə yıxılanda şagirdlərdən biri ona yaxınlaşaraq gülüb və "Bu kətil üçün çox köksünüz" deyibmiş: "O uşaq kobud və ya tərbiyəsiz deyil. Qətiyyən. Uşağın cəmi 5 yaşı vardı. Sadəcə, şoka düşdüm, çünki uşaq həqiqəti deyirdi".
Qadın ciddi pəhriz saxlayıb, idmanla məşğul olub və sonucda 31,7 kq arıqlayıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Lüsi məktəbdə dərs deməyə başlayanda kökəlmişdi.
"Sağlam olmayan rasionum vardı. Yağlı, yüksək kalorili yeməklər yeyirdim və çəkim fasiləsiz artırdı. Belə olmazdı. Ona görə sağlam rasiona, salatlara keçdim. İndi daha çox enerjim var, daha yaxşı dərs deyirəm. Ümid edirəm ki, tədris prosesi daha effektiv olacaq", - 23 yaşlı Lüsi Miller deyib.
Mənbə:Milli.Az