Qadin.NET / Kişilər nəyə görə qadınlardan hündürdülər?

Kişilər nəyə görə qadınlardan hündürdülər?

 


Bütün dünyada hamı bilir ki, kişilərin orta boyu qadınlarınkından orta hesabla 15 sm hündürdür. Fransada qadınların orta boyu 1,63 sm olduğu halda, kişilərin orta boyu 1,75 m-dir. Danimarkalı qadınların orta boyu 1,69 m, kişilərin orta boyu 1,83 m-dir. Çində isə bu rəqəmlər 1,58 m və 1,70 m-dir. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, rejissor Veronika Kleyner ARTE telekanalı üçün sənədli film hazırlayarkən onlarla mütəxəssislə danışıb, qadınların qısa boylu olmasının səbəblərini öyrənməyə çalışıb. 

Təbabət, biologiya, zoologiya, antropologiya, sosiologiya – bütün bu elmlər fərqli sahələri araşdırır. Lakin onların hər biri bütöv bir rəsmi formalaşdırmaq üçün mozaikanın bir parçasını əlində tutur. 
Mütəxəssislər qadınlarla kişi arasıdakı boy fərqini cinsi dimorfizmlə əlaqələndirirlər. Baxmayaraq ki, bu, insanlar üçün adi bir məsələ olduğu halda, digər canlılara şamil edilmir. Misal üçün, mavi balinanın dişisi erkəyindən daha böyükdür. Bəs onda nəyə görə, insanlarda vəziyyət fərqlidir? 
Bu suala cavab tapmaq üçün boyumuza görə cavabdeh olan şeyə baxmaq lazımdır – orqanizmin inkişafına. Bu prosesə çoxsaylı təbii və genetik faktorlar təsir göstərir. Heç kimə sirr deyil ki, əgər valideyn hündürdürsə, övlad da hündür olur. 

Boy məsələsini genetika ilə yanaşı, qidalanma və həyat tərzi ilə bağlayanlar da var. Misal üçün, əgər insan aclıq çəkirsə, orqanizm daha çox beyinin qorunmasına çalışır. 

Mənbə:Milli.Az

 

22 aprel 2014
GO BACK