Qadin.NET / AYB-nin qurultayının keçirilmə vaxtı bəlli oldu

AYB-nin qurultayının keçirilmə vaxtı bəlli oldu

Azərbaycan Yazıçılar Birliyinin qurultayı iyun ayının 17-də Gənc Tamaşaçılar Teatrında keçiriləcək

Aprel ayının 21-də Azərbaycan Yazıçılar Birliyində Katibliyin növbəti toplantısı keçirilib.
Milli.Az xəbər verir ki, anspress AYB-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, toplantıda Yazıçılar Birliyinin qurultayının və yubiley tədbirinin keçiriləcəyi gün, iştirak edəcək ölkələr və dəvət olunacaq xarici qonaqların siyahısı müzakirə olunub.
Qərara alınıb ki, qurultay iyun ayının 17-də, Yazıçılar Birliyinin 80 illik yubileyi tədbiri isə iyun ayının 18-də keçirilsin.
Qeyd edək ki, yubileyə 20-dən atıq ölkədən qonaqlar dəvət ediləcək.
Beləliklə, Azərbaycan Yazıçılar Birliyinin qurultayı iyun ayının 17-də Gənc Tamaşaçılar Teatrında, 80 illik yubiley tədbiri isə iyun ayının 18-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Mənbə: Milli.Az
22 aprel 2014
GO BACK