Qadin.NET / İki boksçusumuz dünya birinciliyində yarımfinala yüksəldi

İki boksçusumuz dünya birinciliyində yarımfinala yüksəldi

 


20:33

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə gənclər arasında dünya birinciliyində ¼ final mərhələsinə start verilib.
Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, ilk olaraq bolsçularımızdan 49 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynovrinqə çıxıb. Həmyerlimiz gərgin mübarizədə amerikalı Niko Hernandezi məğlub edib - 2:1. Beləliklə, boksçumuz yarımfinala vəsiqə qazanaraq dünya birinciliyinin medalını özünə təmin edib.
R.Hüseynovdan sonra daha 2 boksçumuz ¼ final mərhələsinin döyüşlərini keçirməli idi. Ancaq gənclər arasında Avropa çempionu Cavid Quliyevxəstələndiyindən İtaliya boksçusu Vinçenzo Areççia ilə döyüşə çıxa bilməyib.
91 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev isə xorvatiyalı Toni Filipiyə uduzaraq mükafatçılar sırasına düşə bilməyib - 1:2.
52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə (52 kq) gərgin mübarizədə Bolqarıstan boksçusu Daniel Asenov üzərində qələbə qazanıb. Milli komandamızın üzvü dünya birinciliyinin medalını təmin etməklə yanaşı, yeniyetmələrin II Olimpiya oyunlarına da lisenziya qazanıb.
Axşam proqramında daha 2 boksçumuz rinqə çıxacaq.
52 kq: Məsud Yusifzadə - Daniel Asenov (Bolqarıstan)
91+kq: Məhəmmədəli Tahirov - Marat Kerimxanov (Rusiya)


--------
14:28

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən dünya birinciliyində 1/4 finalçılar müəyyənləşib. Boks Federasiyasından apasport.azsaytına verilən məlumata görə, Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 5 idmançımız 1/4 finala vəsiqə əldə edib.

 
Belə ki, daha iki boksçumuz döyüşlərini qələbə ilə başa vurub. 91 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev türkiyəli Məhəmməd Aydın üzərində qələbə qazanıb – 3:0.
 
Superağır çəki dərəcəsində yarışan Məhəmmədəli Tahirov da Türkiyə boksçusunu yarışdan kənarlaşdırıb. Həmyerlimiz Eren Uzunu çətinlik çəkmədən məğlub edib – 3:0.
 
Bu gün keçiriləcək 1/4 final mərhələsində idmançılarımızın rəqibləri:
 
49 kq: Rüfət Hüseynov – Niko Hernandez (ABŞ)
64 kq: Cavid Quliyev – Vinçenzo Areççia (İtaliya)
91 kq: Şükran Mehdiyev – Toni Filpi (Xorvatiya)
52 kq: Məsud Yusifzadə - Daniel Asenov (Bolqarıstan)
91+kq: Məhəmmədəli Tahirov – Marat Kerimxanov (Rusiya) 

Mənbə:Milli.Az

 

21 aprel 2014
GO BACK