Microsoft korporasiyası bir çox insanın sevimlisi və tanınmış Nokia mobil brendindən imtina edib. Belə ki, proqram təminatı nəhəngi smartfon istehsalçısını Microsoft Mobile adlandıracaq.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Nokia şirkətinin mobil aktivlərinin satın alınması üzrə saziş bağlandıqdan sonra (30 aprel) Microsoft smartfonlar üçün Nokia brendindən imtina edərək Microsoft Mobiledən istifadə edəcək.
Xatırladaq ki, Microsoft Nokianın mobil biznesi və onun mobil patentlərinin 10 il müddətinə lisenziyalaşdırılması üçün 7,2 milyard dollar ödəyib.
Mənbə:Milli.Az