Qadin.NET / Alimlər iki yeni qan qrupu kəşf etdi

Alimlər iki yeni qan qrupu kəşf etdi

 

Alimlər iki yeni qan qrupu kəşf etdi


ABŞ-ın Vermont universitetinin (University of Vermont) alimləri inqilabi kəşf edib.Onlar indiyədək elmə məlum olan I, II, III və IV qan qruplarından savayı Lanqerays və Cunior qan qruplarının da mövcud olduğunu sübut edib. Bioloqlar bu iki qan qrupunun aşkar edilməsini bəzi insanlar üçün ölüm-dirim məsələsi olduğunu bildirir. Elmi araşdırmanın rəhbəri Brayan Ballif Yaponiyada 50 mindən artıq şəxsin mənfi rezuslu Cunior qan qrupuna mənsub insanlar olduğunu bildirib: “Son vaxtlaradək elmə 30 növ zülal məlum idi. Ancaq indi daha 2 növ zülal aşkar edildi. Bu cür əhəmiyyətli kəşf 10 il bundan əvvəl baş vermişdi”. Qeyd edək ki, Beynəlxalq Qan Nəqli Cəmiyyəti (International Blood Transfusion Society) indiyədək Daffi, Kidd, Dieqo, Lyuteranla yanaşı daha 28 əlavə qan qrupunu qeydə almışdı. Ancaq bu əlavə qan qrupları sırasına Lanqerays və Cunior daxil edilməmişdi. Bununla yanaşı 10 il əvvəl həyat yoldaşı ilə qan qrupu uyğun gəlməyən hamilə qadınlarda yeni qan qrupuna məxsus antitellər aşkar edilmişdi. Ancaq antitellərin genetik mahiyyət daşıdığı müəyyənləşdirilməmişdi. B.Ballifin sözlərinə görə, bu kəşf ilk növbədə mənfi rezuslu Lanqerays və Cunior qan qrupuna malik xəstələrə orqan köçürülməsi zamanı kara gələcək. Alim hələ də elmə mövcud olmayan 10-15 qan qrupunun mövcud olduğunu da diqqətə çatdırıb.

Mənbə: Fakto.info

 

21 aprel 2014
GO BACK