Qadin.NET / Bakı və Sumqayıtda 16 minə yaxın XI sinif şagirdi monitorinq imtahanı verəcək

Bakı və Sumqayıtda 16 minə yaxın XI sinif şagirdi monitorinq imtahanı verəcək

 

 

Bakı və Sumqayıtda 15 698 XI sinif şagirdi monitorinq imtahanı verəcək

Trend-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytına iştinadən verdiyi məlumata görə, aprelin 22, 23 və 24-də Bakı və Sumqayıt şəhərlərində XI sinif şagirdləri üçün monitorinq imtahanları keçiriləcək. İmtahanlar 280 məktəbdə təşkil olunacaq. Bu prosesdə 15 698 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanlar Azərbaycan bölməsinin şagirdləri arasında ana dili, riyaziyyat və fizika fənləri üzrə aparılacaq.

Bütün binalarda imtahanlar saat 10:00-da başlanır, ana dili fənni üzrə imtahan 45 dəqiqə, riyaziyyat və fizika fənlərinin hər biri üzrə ayrılıqda 1 saat ərzində aparılır.

Mənbə:Milli.Az

 

21 aprel 2014
GO BACK