Qadin.NET / Azərbaycanda sərin hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanda sərin hava şəraiti nə vaxtadək davam edəcək?

 

 

Sabah Azərbaycanın bəzi ərazilərində qısamüddətli yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müaviniGülşad Məmmədova bildirib ki, aprelin 22-də Bakıda və Abşeron yarımadasında havanın əsasən buludlu keçəcəyi, hərdən tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Mülayim şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-13, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində aprelin 22-də bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlıq ərazilərdə gecə 3-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında mövsümə uyğun hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

Mənbə:Milli.Az

 

21 aprel 2014
GO BACK