Qadin.NET / Altıağaca gedən yol daha rahat olacaq - FOTO

Altıağaca gedən yol daha rahat olacaq - FOTO

 

Hazırda Xızı-Altıağac yolunun genişlənməsi istiqamətində iş aparılır. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına "Azəryolservis"dən məlumat veriblər.

Məlumata əsasən, yolun uzunluğu 20 km, eni isə 4 m-dir. Təmir işləri çərçivəsində yolun eni 7 metrə çatdırılacaq. Yolun artıq 10 km hissəsində yeni asfalt örtüyü salınıb. İşlər davam edir. Bəzi yerlərdə avtobus dayanacağı da tikiləcək. 
Mənbə:Milli.Az

 

21 aprel 2014
GO BACK