Bu axşam Bakıda yolun hərəkət hissəsinin üfqi nişanlanması işlərinin aparılması ilə əlaqədar daha 2 yolda hərəkət məhdudlaşdırıla bilər. BunuTrend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəriPünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, əgər hava şəraiti normallaşarsa, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Həsənoğlu küçəsində və Fətəli Xan Xoyski prospektində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Mənbə:Milli.Az