Qadin.NET / Tünd şokolad meyvə şirəsindən daha faydalıdır

Tünd şokolad meyvə şirəsindən daha faydalıdır

 


ABŞ alimlərinin tədqiqatları göstərmişdir ki, tünd şokolad və kakao tozu tərkibindəki antioksidantların miqdarına görə meyvə şirələrini üstələyir.Р“‚Р’  Tədqiqatçılar nar, quşüzümü, çiyələk, Cənubi Amerikada bitən asai palması giləmeyvəsinin şirələrinin, kakao ağacının toxumundan alınmış kakao tozunun və tünd şokoladın tərkibində orqanizmin hüceyrələrinin məhvedici oksidləşmə prosesinin qarşısını alan antioksidantların miqdarını öyrənmiş və belə qənaətə gəlmişlər ki, antioksidantların ən yüksək konsentrasiyası kakao tozunun tərkibindədir. Tünd şokoladda həmin maddələrin miqdarı meyvə şirələri ilə müqayisədə yüksəkdir.Р“‚Р’  Əvvəlki tədqiqatlar göstərmişdir ki, gündə təxminən 6,7 qram tünd şokolad yemək ürək xəstəlikləri riskini 3 dəfə azaldır. Buna baxmayaraq, tərkibində şəkərin miqdarı çox olduğu üçün diyetoloqlar şokoladı tərəvəz, təmizlənməmiş düyü və meyvədən ibarət tarazlı pəhrizə daxil etməyi məsləhət görürlər.

 

 

 

Mənbə: Fakto.info

 

21 aprel 2014
GO BACK