Qadin.NET / Fransa Liqası: 7 oyunda qol yağışı

Fransa Liqası: 7 oyunda qol yağışı

 


Fransa Liqasında 34-cü turun növbəti oyunları keçirilib. 

Milli.Az qol.az-a istinadən məlumat verir ki, ikinci oyun günündə yeddi qarşılaşma baş tutub. Maraqlıdır ki, məhsuldarlığı ilə seçilən görüşlərdə qapılara 27 qol vurulub. 

"Monako" öz meydanında "Nitsa"nı məğlub edib - 1:0. "Ayaçço" səfərdə "Bastia"ya uduzub - 1:2. "Bordo" doğma meydanda "Guingamp"ı darmadağın edib - 5:1. "Lorient" - "Monpelye" matçında qapılara 8 qol vurulsa da, qalib müəyyənləşməyib - 4:4. "Reims"in qonağı olan "Soşo" 1:0 hesablı qələbə qazanıb. "Valensien" "Nantı" səfərdə darmadağın edib - 6:2. "Marsel" - "Lill" oyununda isə hesab açılmayıb. 

Qeyd edək ki, tura aprelin 23-də keçirililəcək iki oyunla yekun vurulacaq. 

20 aprel 
Fransa Liqası, 34-cü tur 

"Monako" - "Nitsa" - 1:0 

Qol: Moutinyo, 47 (1:0) 

"Bastia" - "Ayaçço" - 2:1 
Qollar: Kamara, 4 (0:1), Raspentino, 32 (1:1), Skillaçi, 88 (2:1) 

"Bordo" - "Guingamp" - 5:1 
Qollar: Diabete, 8 (1:0), 20 (2:) 26 (3:0), Diallo, 29, (3:1), Jussie, 48 (4:1), Rolan, 68-pen. (5:1) 

"Lorient" - "Monpelye" - 4:4 
Qollar: Kabella, 26 (1:0), Aliadiere, 31-pen. (1:1), Nianq, 56 (1:2), Deza, 78 (1:3), Kabella, 80 (1:4), Monnet, 87 (2:4), Abubakar, 90 (3:4), 90+3 (4:4) 

"Reims" - "Soşo" - 0:1 
Qollar: Corciya, 41 (0:1) 

"Valencien" - "Nant" - 2:6 
Qollar: Audel, 24 (0:1), Bedoya, 41 (0:2), Qakpe, 44 (0:3); 54, (0:4), Medyani, 79 (1:4), Bahebek, 83 (2:4), Medyani, 85-avtoqol (2:5), Nikolita, 89 (2:6) 

"Marsel" - "Lill" - 0:0 

18 aprel "Sent Etyen" - "Renn" - 0:0 

23 aprel 
PSJ - "Evian" 


"Tuluza" - "Lion" 

Mənbə:Milli.Az

 

21 aprel 2014
GO BACK