“Dodge” şirkətinin daha bir yeniliyi Nyu-York avtoşousunda təqdim edilmiş restaylinq olunmuş sedan “Charger”-dir. Kupe “Challenger” kimi avtomobil yeni ban elementləri ilə uyğunlaşdırılmış işıqdiodlu optika alıb ki, bu da onun dizaynını daha təsirli və idmansayağı edib.
Milli.Az auto.az-a istinadən bildirir ki, salonda həqiqətən bir çox detallar və hissələr dəyişib, texniki hissədə də bir sıra müsbət yeniliklər peyda olub. Yenilik bu ilin sonunda rəsmi dilerlərin salonlarında olacaq. Yenilənmiş “Charger”i ilk növbədə qabaq fənərlərdə diodlu hörüklər və banın arxa hissəsində yenilənmiş diodlu işıqlandırma ilə tanımaq olar.
Kompakt sedan “Dart”dan ilham alaraq amerikan mühəndislər avtomobili daha ensiz radiator barmaqlığı, fərqli qabaq fənərlər, kapot və diodlu hərəkət işıqları olan qabaq bamperlə təchiz ediblər. İstehsalçı bildirir ki, ban detallarının böyük hissəsi yenilənib və ya dəyişilib.
Bundan əlavə, 4-qapılı idman avtomobili yeni ban rəngləri alıb, R/T versiyasında isə baqaj qapağının fərqli spoyleri və xüsusi konstruksiyaya malik 20-düymlük disklər peyda olub.
Kiçik model “Dodge Dart”a bənzədilən “Charger” yeni dizaynlı cihazlar paneli, xüsusi cihazlara malik 7-düymlük TFT-displeyl, çoxfunksiyalı sükan və mərkəzi konsolda 5- və ya 8-düym sensor ekranla təchiz olunmuş “Uconnect” multimedia sistemi alıb.
Avtomobil, həmçinin internetə çıxış və “Beats” audiosistem ilə təchiz edilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə hərəkət xəttinə təkmilləşdirilmiş nəzarət sistemi, adaptiv kruiz-kontrol və birbaşa toqquşma xəbərdarlığı edən sistem quraşdırılıb.
“Dodge Charger 2015” yenidən tənzimlənmiş asılqana və indi bütün mühərrikləri işə salan 8-pilləli avtomatik sürət qutusunun elektron ötürücüsünə malikdir. Mühərriklər əvvəlki kimi qalıb – standart 3,6-litrlik “Pentastar” V6 (296 a.g. və 353Nm) və R/T versiyası üçün 0-dan 96 km/saata təqribən 5 saniyəyə sürətlənən 5,7-litrlik “HEMİ” V8.
Mənbə:Milli.Az