Qadin.NET / Yemək və yatmaq: "şələ lələni, yoxsa lələ şələni?"

Yemək və yatmaq: "şələ lələni, yoxsa lələ şələni?"


Yaxşı yatmaq üçün qida rasionundan yuxulamağa ziyan verən ərzaq və içkiləri çıxarmaq lazımdır. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bunu Pensilvaniya Universitetinin əməkdaşı Maykl Qrendner deyir. O bildirir ki, xüsusilə tərkibində kofein olan qidalardan uzaq durmaq gərəkdir. 

Belə bir fikir var ki, alkohol insana yuxulamağa kömək edir. Ancaq belə yuxu dərin və düzənli olmur. 
 
Alim həmçinin nikotindən, şam yeməyi zamanı ədviyyatlı yeməklərdən istifadə etməməyi məsləhət görür. Həmçinin şam zamanı çox yemək də yuxunu qaçırır. 

Çox çətin bir məsələ isə yuxulamağa kömək edən qidaların seçilməsidir. Məsələn, hinduşka ətinin tərkibində serotoninin yaranmasında iştirak edən triptofan maddəsi var. Ancaq serotonin nəinki adamı yatızdırır, həmçinin insan beynində başqa funksiyaları da yerinə yetirir. Və hinduşka ətinin tərkibindəki triptofan effektiv olsun deyə gərək bir oturuma yarım kilo hinduşkanı həzm-rabedən keçirəsən. Bu vaxta da başqa sual yaranır: "Bəs çox yeməmək nə olsun?"

Yuxu ritmlərini tənzimləmək üçün melatonini bol olan qida qəbul etmək olar. Əgər "bayquş"sunuzsa, amma səhər 7-də durmalısınızsa, şam zamanı gilənar yeyin. Melatoninin az dozaları (1,5-3 mq) çox dozadan daha effektivdir. Süd - kalsium, qoz-fındıq və buğda - maqnezium, balıq və yoğurt B qrupu vitaminlərilə zəngindir. Bütün bunlar da yuxu rejimini tənzimləmək üçün mühümdür. 

Mənbə:Milli.Az 

21 aprel 2014
GO BACK