Qadin.NET / İnsanın klonlanmasına bir addım qaldı?

İnsanın klonlanmasına bir addım qaldı?


Amerikalılar yaşlı insanın kök hüceyrələrini klonlaşdıra biliblər. 

Uzun illər sürən nəticəsiz cəhdlərdən sonra həkim Robert Lanzanın laboratoriyasında belə bir uğur əldə edilib. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, yeni metod alimlərə xəstə orqanizmlərdəki zədələnmiş və ya xəstə hüceyrələri yeniləri ilə əvəz etməyə imkan yaradacaq. 

Əvvəllər mütəxəssislər yalnız embriondan, yaxud yeni doğulmuş uşaqdan götürülən kök hüceyrəni klonlaya bilmişdilər. 
 
Bu yaxınlarda həmçinin məlum olub ki, kapilyar damarından götürülmüş bircə damla qan tam induksiya edilmiş kök hüceyrəsini almağa kifayət edir. Bu insanlara barmaqlarından qan verərək onun yenidən işlənməsi üçün həkimlərə verməsinə şərait yaradır. Perspektivdə bu yeni donorları cəlb edəcək və kök hüceyrələri şəbəkəsi bankının yaradılmasına imkan yaradacaq. 
 
Mənbə:Milli.Az 

21 aprel 2014
GO BACK