Beynin məlumatı yadda saxlamaq, emal etmək və təcrübədə istifadə etmək qabiliyyəti insanın yaşından asılıdır.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, vaxt keçdikcə bu qabiliyyətlər azalır. Üstəlik, beyində bu proses insanın digər orqanlarından daha tez başlayır.
Kanadanın Saymon Frezer Universitetinin alimləri bildiriblər ki, insan beyninin "öyrənmə funksiyalarının" ilkin sönmə anı təxminən 24 yaşa təsadüf edir.
Bu yaşı təyin etməkdə alimlərə StarCraft2 kiberoyunçuları kömək ediblər. 3305 oyunçunun yaş həddi 16-44 arası olub. Mürəkkəb statistik modelləşdirmə vasitəsilə alimlər müəyyənləşdiriblər ki, yaşlı oyunçular öz cavan rəqiblərinə nisbətdə daha gec qərar qəbul edirlər.
Yalnız ləng reaksiyaya baxmayaraq, yaşlı oyunçular da uğurlu nəticələr göstəriblər. Bu ona görə belə olub ki, onlar bu təbii çatışmazlıqlarını illərlə sürən məşq zamanı qazandıqları təcrübə ilə kompensasiya ediblər.
Mənbə:Milli.Az