Prostat xərçənginin yenidən əmələ gəlməsi qan qrupundan asılı imiş.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bunu Tokio Tibb Universitetinin mütəxəssisləri aşkar ediblər. Cərrahi əməliyyatdan sonra prostat xərçənginin yenidən əmələ gəlməsinə ən az birinci qan qrupuna sahib kişilərdə rast gəlinib.
Yapon alimlər təsbit ediblər ki, ikinci qan qrupuna sahib kişilərdə residiv riski 35% artır. Üçüncü və dördüncü qan qrupunda isə residiv riski nə artır, nə azalır.
"Bizə ilk dəfə xərçəngin residivinin qan qrupundan asılı olduğunu göstərmək müyəssər oldu, - tədqiqat qrupunun başçısı Yoşio Ono deyib. - Ancaq biz qan qrupunun xərçəng riski ilə hansı bağlılığı olduğunu hələ bilmirik. Buna baxmayaraq, tədqiqat işimiz bu sualın cavabını molekulyar səviyyədə tapmağa imkan yaradır".
Birinci qan qrupu ən geniş yayılmış sayılır (təxminən 44%), dünya əhalisinin 42%-i isə ikinci qan qrupunun daşıyıcılarıdır.
Mənbə:Milli.Az