Qadin.NET / Badə-badə "yuxarıya"

Badə-badə "yuxarıya"


Spirtli içkinin adamı karyera pillələrilə yuxarı qaldıracağına inanırsınızmı? 
Çoxları da inanmaz. Amma Düsseldorf Universitetinin əməkdaşları Byörn Frank, Yustus Haukap və Annika Herr isə belə düşünmürlər. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, həmin alimlər az dozada qəbul edilən alkoqolun, məsəl üçün, menecerə cəsarət verərək öz qabiliyyətlərini daha yaxşı nümayiş etdirməsinə, peşəkarlıq və xasiyyətlərini göstərməsinə yardım etdiyini deyirlər. 

Tədqiqatçılar bildirirlər ki, alkohol şəxsiyyəti "ortaya qoyur": 

""Sosial içki" insana cəsarət verir və ruhlandırır fikri doğrudur. Bu səbəbdəndir ki, biznes mühitində bu adət bir çox ölkələrdə yayılıb. Müsahibə və ya görüş zamanı bir qədəh içki insanlara doğru danışmağa, açıq və aktiv olmağa imkan yaradır".

Mənbə:Milli.Az 

21 aprel 2014
GO BACK