Alman mütəxəssislər əllərin yuyulmasının insana psixoloji təsir göstərib-göstərməməsini araşdırıblar. Nəticə isə onları xeyli təəccübləndirib.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, tədqiqatda iştirak edən könüllülərə çox çətin bir məsələni həll etmək tapşırılıb. Uğursuzluqdan sonra onların hamısının əhvalı pozulub. Yalnız bunların yarısını əllərini yumağa göndəriblər.
Bir qədər fasilədən sonra tədqiqatın iştirakçılarına yenə həll etmək üçün məsələlər verilib. Bu zaman əllərini yuyanlar daha gümrah və aktiv olublar. Yerdə qalanlar isə verilən tapşırığı yerinə yetirmək üçün heç bir təşəbbüs göstərməyiblər.
Tədqiqatçılar bildirirlər ki, əlləri yumaq nəinki əli, hətta beyni də yığılmış neqativdən təmizləyir.
Mənbə:Milli.Az