Qadin.NET / Azərbaycanda yağış yağacaq

Azərbaycanda yağış yağacaq

Azərbaycan sinoptikləri həftənin ilk iş günün yağış vəd edirlər.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, aprelin 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 11-13, gündüz 20-22 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində aprelin 21-də hava nisbətən yağmurlu keçəcək, arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlıq ərazilərdə gecə 7-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Mənbə: Milli.Az

20 aprel 2014
GO BACK