Qadin.NET / Şəhriyar Məmmədyarov: "Karlsenlə oyunda hər ikimizə çətin olacaq"

Şəhriyar Məmmədyarov: "Karlsenlə oyunda hər ikimizə çətin olacaq"

 


Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov azərisport.az saytına açıqlamasında Shamkir Chess 2014 turnirinin ilk turunda dünya çempionuMaqnus Karlsenlə görüşü barədə danışıb:

"İlk turda dünya çempionuna qarşı oynamaq maraqlıdır. Bu yarışda asan partiya olmayacaq. Ona görə də hər zaman diqqətli olmaq lazımdır. Fikrimcə, ikimizə də çətin olacaq. Karlsen güclü şahmatçıdır. Amma biz də dostumuz Vüqar Həşimovun ilk xatirə turnirində qələbə qazanmaq istəyirik".

Mənbə.Milli.Az

 

20 aprel 2014
GO BACK