Qadin.NET / Gün var əsrə bərabər: Ötənləri yada salaq

Gün var əsrə bərabər: Ötənləri yada salaq

 


Milli.Az anspress-ə istinadən aprelin 20-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 20 aprel 2014
Hicri: 20 cəmadiyəl-axir 1434

İlin 110-cu günü
İlin sonuna 255 gün qalır

Bu günün namaz vaxtları 

Fəcr - 05.42
Günəş - 06.57
Zöhr - 13.44
Əsr - 18.01
Məğrib – 20.37
İşa – 22.02

571-ci ildə İslam peyğəmbəri Hz. Muhamməd (ƏS) anadan olub.

702-ci ildə imam Cəfəri Sadiq (ƏS) anadan olub.

1792-ci ildə Fransa Avstriyaya müharibə elan etdi.

1841-ci ildə ilk dedektiv roman “Meyitxana küçəsinin cinayəti” nümayiş edildi.

1885-ci ildə tanınmış pediatr Əbülfəz Qarayev anadan olub.

1889-cu ildə nasizm ideyasının yaradıcısı, faşist Almaniyasının füreri, XX əsrin hərbi canilərindən və qəddar tiranlarından biri Adolf Hitler anadan olub.

1894-cü ildə aktyor və rejissor Rza Təhmasib anadan olub.

1916-cı ildə görkəmli satira ustası, Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı Nəsibə Zeynalova anadan olub.

1944-cü ildə xanəndə, bəstəkar, Azərbaycanın xalq artisti Cabbar Qaryağdıoğlu vəfat edib.

1972-ci ildə “Apollo-16” yerin təbii peyki Aya endi.

1992-ci ildə Azərbaycan Respublikası Estoniya ilə diplomatik əlaqələr yaradıb.

2004-cü ildə Azərbaycan Respublikası Paraqvay ilə diplomatik əlaqələr yaradıb.

2004-cü ildə Azərbaycan Respublikası Eritreya ilə diplomatik əlaqələr yaradıb.

Məmbə:Milli.Az

 

20 aprel 2014
GO BACK