Qadin.NET / Azərbaycan çempionatı: Bakıda derbi, "Qarabağ" "Simurq"la üz-üzə

Azərbaycan çempionatı: Bakıda derbi, "Qarabağ" "Simurq"la üz-üzə

 


Bu gün Topaz Premyer Liqasında 31-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutacaq.

Tura paytaxt derbisi ilə start veriləcək. "Bakı" doğma meydanda "İnter"i qəbul edəcək. "Rəvan" öz meydanında "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. "Neftçi" "Sumqayıt" ilə üz-üzə gələcək. Zaqatalada isə lider "Qarabağ" "Simurq"un qonağı olacaq. "Xəzər Lənkəran" doğma azarkeşlər önündə AZAL-la qarşılaşacaq.

Topaz Premyer Liqası
31-ci tur
20 aprel (bazar)

15:00. BAKI - İNTER
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rza Məmmədov, Ramiz Məhərrəmov.

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov.
“Bakı”nın təlim-məşq bazasının stadionu.

17:00. RƏVAN - QƏBƏLƏ
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Sərxan İsmayılov.

Bakı. “Bayıl Arena”.

17:00: SİMURQ - QARABAĞ
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Tahir Əhmədov.

Zaqatala şəhər stadionu.

17:00. NEFTÇİ - SUMQAYIT
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Coşqun Həsənov, Alik Yunusov.

Bakı. “Bakcell Arena”.

18:00. XƏZƏR LƏNKƏRAN - AZAL
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Azər Əsgərov, Nail Nağıyev.

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
 
1     Qarabağ        30     20     7     3     60     15     +45     67
2     İnter              30     16     6     8     47     32     +15     54
3     Neftçi            30     16     6     8     43     35     +8     54
4     Bakı              30     14     7     9     47     33     +14     49
5     Qəbələ          30     13     6     11     37     32     +5     45
6     Simurq          30     10     10     10     32     24     +8     40
7     XL                 30     9     11     10     31     41     –10     38
8     AZAL             30     6     9     15     27     44     –17     27
9     Rəvan            30     3     9     18     17     55     –38     18
10     Sumqayıt     30     3     9     18     20     50     –30     18

Bombardirlər:
19 - Reynaldo (Qarabağ)
12 - Vaqif Cavadov (İnter)
11 - Daniel Subotiç (Qəbələ)
10 - Draqan Çeran (Simurq)
9 - Etame Mbilla (Xəzər Lənkəran), Baçana Sxadadze (İnter), Leroy Corc (Qarabağ).
8 - Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ).

Mənbə.Mill.Az

 

20 aprel 2014
GO BACK