Qadin.NET / Bu robot qaçır, süzür, salamlaşır

Bu robot qaçır, süzür, salamlaşır

 


Honda şirkəti ASIMO robotunun yeni versiyasını nümayiş etdirib. İndi robot yalnız hərəkət etmək, qaçmaq, pilləkənlə aşağı düşmək və qalxmaq deyil, həm də butulkanın ağzını aça, içki süzə və salamlaşma əlaməti kimi əl sıxa bilər.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ASIMO robotunun yeni versiyası 16 aprel tarixində Manhetten mehmanxanasında keçirilmiş mətbuat konfransında nümayiş etdirilib. Robotun xarici görünüşü dəyişməyib. Astronavtı xatırladan 1.3 metrlik ASIMO robotunun çəkisi 50 kq-dır.
 
ASIMO robotunun birinci versiyası 2000-ci ildə təqdim edilib. O vaxtdan etibarən robot insana məxsus bir çox xüsusiyyətlərə sahiblənib. İndi robot bir ayaq üstündə tullana və saatda 9 km sürətlə qaça bilər. Robot artıq insan jestləri ilə ünsiyyət saxlamaq bacarığına malikdir.
Mənbə:Milli.Az

 

20 aprel 2014
GO BACK