4K formatlı ekranla təchiz edilmiş noutbukun nümayişindən sonra Yaponiyanın Toshiba şirkəti MicroSD formatlı ən sürətli yaddaş kartlarını buraxıb. Yeni məlumat daşıyıcıları yüksəksürətli UHS-II standartına uyğun gələn birinci MicroSD kartdır.
Milli.Az İCTnews-a istinadən bildirir ki, daşıyıcılar iki variantda (32 və 64 QB) təklif edilir.
64 QB-lıq kartlarda oxuma sürəti 260 Mb/s, yazma sürəti isə 240 Mb/s təşkil edir. 32 QB-lıqkartlara gəlincə, onların maksimal oxuma sürəti 145 Mb/s, yazma sürəti isə 130 Mb/s-dir.
Toshiba şirkətinin yeni yüksəksürətli yaddaş kartlarının çıxarılma müddəti və qiyməti haqqında məlumat yoxdur.
Mənbə:Milli.Az