Can verən adamların hamısının gözünə ölüm mələyi eyni şəkildə görünür, yoxsa fərqli şəkillərdə?
Milli.Az islam.az-a istinadən bildirir ki, Quran ayələrindən və hədislərdən məlum olur ki, ölüm mələyi mömin şəxslə kafirin canını fərqli şəkillərdə alır. Kafirlər ölüm mələyini dəhşətli qiyafədə görür və qorxu içində, əziyyətlə canlarını təslim edirlər: “Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura: “Dadın atəşin əzabinı!” – deyib, canlarını alanda görəydin!” (Ənfal, 50).
Möminlərin gözünə isə ölüm mələyi xoş və yaraşıqlı simada görünür və onların canını rahatlıqla alır: “O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz (gözəl) əməllərə görə cənnətə daxil olun!” – deyərlər” (Nəhl, 32).

Mənbə:Milli.Az