Rusiya may ayında Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək “Eurovision” mahnı müsabiqəsindən kənarlaşdırıla bilərMilli.Az anspress-ə istinadən xəbər verir ki, britaniyalı jurnalist Uilyam Li Adams iddia edir ki, Rusiyanı müsabiqədə təmsil edəcək Tolmaçevıbacılarının “Shine” mahnısında Rusiya-Ukrayna münasibətlərinə işarə edən məqamlar var.
Jurnalistin sölərinə görə, mahnıda Krımdan söhbət gedir. O bildirib ki, mahnının ikinci bəndində Krım məsələsinə toxunulur. Müğənni “Living on the edge, closer to the crime - cross the line a step at a time”, sözlərini deyərkən crime “cinayət” sözünü, Rusiyaya birləşdirilən yarımadanın adı “Crimea” (Krım) kimi tələffüz edir.
Adams hesab edir ki, bu, Rusiyanın Krıma gizli sevgi məktubudur.
Bu səbəbdən bir sıra musiqi tənqidçiləri “Eurovision” komtəsini Rusiyanın mahnı müsabiqəsindən kənarlaşdırmağa çağırıblar.
Qeyd edək ki, may ayının 6-10-dək Danimarkada 59-cu “Eurovision” mahnı müsabiəsi keçiriləcək.
Mənbə:Milli.Az