Rusiyalıların 37 faizi heç vaxt internetdən istifadə etməyib. Bu barədə ölkənin İctimai Rəy Fondunun tədqiqatında deyilir. Sorğuda Rusiyanın yüz şəhər və kənd yaşayış məntəqəsinin 18 yaşdan böyük min beş yüz sakini iştirak edib.
Milli.Az İCT news-a istinadən bildirir ki, respondentlərin təxminən yarısı internetdən sorğunun keçirildiyi gün istifadə edib. Doqquz faiz internetə həftədə minimum bir dəfə daxil olub. İnternetdən həftədə bir dəfədən az istifadə edən respondentlərin sayı beş faiz təşkil edib.
Rəyi soruşulanların 21 faizinin sözlərinə görə, onların internetə çıxış imkanı və istəyi yoxdur. Sakinlərin yeddi faizi internetdən istifadə imkanına malik deyil, lakin onlar bunu arzulayır. Eyni sayda respondent internetə çıxış imkanı olsa da, ondan istifadə etmir.
Bundan əlavə, Rusiya sakinlərinin 40 faizi elektron xidmətlərin mövcudluğu barədə məlumatlı, 43 faizi isə onlardan istifadə etmək arzusundadır. Vətəndaşların yalnız 11 faizi internetdə elektron xidmətlərin göstərilməsi barədə heç vaxt eşitməyib. Aktiv internet istifadəçiləri arasında rəyi soruşulanların 59 faizi dövlət xidmətləri barədə xəbərdardır, 28 faizi isə ilk dəfə bu barədə eşidib
Mənbə:Milli.Az