Qadin.NET / 250-ə yaxın məktəbdə monitorinq imtahanları keçirildi

250-ə yaxın məktəbdə monitorinq imtahanları keçirildi


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda V və VI siniflər üçün ümumilikdə 250-ə yaxın məktəbdə monitorinq imtahanları keçirib. 
Trend komissiyanın saytına istinadən xəbər verir ki, ümumtəhsil müəssisələrinin V və VI sinif şagirdləri üçün rayonlarda 14 və 15 aprel, Bakı şəhərində 17 və 18 aprel tarixlərində monitorinq imtahanları keçirilib.

Bu imtahanlar həm Azərbaycan, həm də rus bölmələri üzrə Ana dili və riyaziyyat fənlərindən aparılıb. Hər bir fənn üzrə imtahan müddəti 1 saat 30 dəqiqə olub.
Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilmiş, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edəki ki, XI sinif şagirdləri üçün monitorinq imtahanları isə Bakı şəhərində 22, 23 və 24 aprel tarixlərində, digər şəhər və rayonlarda isə 29-30 aprel tarixlərində həyata keçiriləcək.

Mənbə:Milli.Az

19 aprel 2014
GO BACK