Qadin.NET / Azərbaycanda yağış yağacaq

Azərbaycanda yağış yağacaq


Sabah Azərbaycanın bəzi ərazilərində qısamüddətli yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müaviniGülşad Məmmədova Trend-ə bildirib ki, aprelin 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-14, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində aprelin 20-də hava, əsasən, yağmursuz keçəcək. Lakin 20-də axşam bəzi şimal və qərb rayonlarında şimşək caxacağı ehtmalı var, qısa müddətli yağış yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlıq ərazilərdə gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Mənbə:Milli.Az

19 aprel 2014
GO BACK