Qadin.NET / Р’aşı ağrıyan kişinin beynində daş aşkar edildi

Р’aşı ağrıyan kişinin beynində daş aşkar edildi


Braziliyada uzun müddət baş ağrılarından şikayətlənən kişinin beynində daş aşkar edilib
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə "Qazeta ru" xarici mətbuata istinadən xəbər yayıb.

Kişidə güclü baş ağrılardan başqa görmə ilə bağlı problemlər də yaranıb. Amma o, həkimlərə ilk simptomların meydana çıxmasından yalnız 10 il sonra müraciət edib. Müayinə zamanı məlum olub ki, xəstənin beynində kalsiumdan daşa oxşar törəmələr var.

Həkimlər hesab edirlər ki, bu törəmələr seliakiya xəstəliyinin fəsadlarından yaranıb.

Qeyd edək ki, seliakiya (qluten enteropatiya) xəstəliyi buğda, çovdar, arpa və yulaf kimi bəzi qida məhsullarında olan zülalların nazik bağırsağın liflərini zədələnməsi nəticəsində yaranmış həzm pozğunluğudur.

İndi həkimlər xəstənin tam sağalmasa da, vəziyyətinin xeyli yaxşılaşmasına kömək edəcək xüsusi qida rejimi hazırlayıblar.

Mənbə:Milli.Az

19 aprel 2014
GO BACK