Qadin.NET / Kloppun saqqızı satışa çıxarıldı

Kloppun saqqızı satışa çıxarıldı


Yurgen Kloppun çiynədiyi iddia edilən saqqız satışa çıxarılıb. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Sharkj1909" adlı istifadəçi saqqızı "eBay"da auksiona qoyub. "Sharkj1909"un iddiasına görə, Klopp bu saqqızı Almaniya Kubokunun yarımfinalında "Volfsburq"u 2:0 hesabı ilə yendikləri matçda çeynəyib və onu bir mühafizəçinin vasitəsi ilə əldə edib. Saqqıza ilkin olaraq 1 avro qiymət qoyulub. Lakin qısa müddətdə qiymət 150 avroya çatıb. 

Satış aprelin 24-də reallaşacaq. 

Mənbə:Milli.Az

19 aprel 2014
GO BACK