Qadin.NET / Benzin yenidən bahalaşdı

Benzin yenidən bahalaşdı


Yeni tariflər bu gün saat 00.00-dan etibarən qüvvəyə minib
Türkiyədə yanacağın qiyməti bahalaşdı.
Anspress-in xəbərinə görə, Enerji Bazarı Nizamlama heyəti tərəfindən benzinin qiymətini 5.05 lirə (1.86 azn), dizelin qiyməti isə 4.35 lirə (1.60 azn) olaraq müəyyənləşib.

Qeyd edək ki, yeni tariflər bu gün saat 00:00-dan etibarən qüvvəyə minib.

Yanacağı, əsasən, xarici ölkələrdən idxal edən Türkiyədə yanacağın və digər enerji daşıyıcılarının qiyməti mütəmadi olaraq bahalaşır.

Mənbə:Milli.Az

19 aprel 2014
GO BACK