Qadin.NET / "Bavariya"dan yeni rekord

"Bavariya"dan yeni rekord

 



Almaniyanın “Bavariya” klubu rekord qırmaqda davam edir. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, münhenlilər bu dəfə bilet rekordu qırıblar. “Bavariya”nın aprelin 19-da “Braunşveyq”ə qarşı keçirəcəyi səfər oyununun biletləri matça bir neçə gün qalmış qurtarıb. Beləliklə, “Bavariya” son 250 oyununun biletləri öncədən satılıb qurtaran ilk komanda kimi dünya rekordu vurub. 

Çempionatda cəmi 25 xal toplayaraq ikinci liqaya düşəcəyi qətiləşən “Braunşveyq”lə 78 xal toplayaraq Bundesliqanın bitməsinə 7 həftə qalmış çempion olan “Bavariya”nın oyunu aprelin 19-da saat 18:30-da başlayacaq.
Mənbə:Milli.Az
19 aprel 2014
GO BACK