Türkiyənin baş naziri 50 min türk lirəsi məbləğində təzminat tələb edir.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sosial mediada özünün və ailəsinin hüquqlarının pozulması iddiası ilə konstitusiya məhkəməsinə müraciət edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Reuters agentliyinin verdiyi məlumata görə, Ərdoğan onun barəsində sosial mediadakı yazıların silinməsi barədə məhkəmə qərarlarının icra edilmədiyini əsas gətirərək, öz vəkili vasitəsilə konstitusiya məhkəməsinə şikayət ünvanlayıb. Türkiyənin baş naziri hüquqlarının pozulması qarşılığında 50 min türk lirəsi məbləğində təzminat tələb edir.
Xatırladaq ki, Ərdoğanın yaxın ətrafını korrupsiya qalmaqalında günahlandıran audio yazıların yayılmasından sonra Türkiyə hökuməti Twitter və Youtube saytlarına Türkiyə ərazisində girişi dayandırmışdı. Aprelin əvvəllərindən etibarən söz azadlığını məhdudlaşdırdığı əsas gətirilərək konstitusiya məhkəməsi Twitter-ə qoyulan qadağanı aradan qaldırsa da Youtube saytına giriş hələ də bərpa edilməyib.
Mənbə:oxu.az