Qadin.NET / "Google" rəsmi olaraq istifadəçilərinin məktublarını oxuyur

"Google" rəsmi olaraq istifadəçilərinin məktublarını oxuyur


İndi “Gmail” istifadəçilərin digər poçt xidmətlərindən göndərdikləri məktubları yığır və təhlil edir
“Google” iddia qəbul etməkdən yoruldu. 
Anspress-in məlumatına görə, şirkət öz xidmətlərindən birinin istifadəsi haqqında müqaviləni dəyişmək qərarına gəlib. İndi “Gmail” istifadəçilərin digər poçt xidmətlərindən göndərdikləri məktubları yığır və təhlil edir.

“Gmail” istifadəçiləri 2013-cü ildə “Google”a qarşı iddia qaldırmışdı. Onlar şirkəti şəxsi məlumatların təhlükəsizliyi haqqında qanunun pozmaqda ittiham ediblər. Bəzi hallarda digər servislərin istifadəçiləri “Google” servisinin istifadəçilərinə elektron məktublar göndərirdilər.

ABŞ məhkəməsinin hakimi Lyusi Co sentyabrda “Google”un işi bağlaması haqqında xahişini rədd edib.

Mənbə:Milli.Az

19 aprel 2014
GO BACK