Sakit okeanın cənubi-qərbində yerləşən Papua-Yeni Qvineyada 6,9 bal gücündə zəlzələ olub.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə 06:04-də Panquna şəhərindən 60 km cənubi-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 45 km dərinlikdə yerləşib.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Mənbə:Milli.Az