Bu barədə deputat şəxsi Facebook səhifəsində yazıb.
Ürək qüsurundan əziyyət çəkən və təcili əməliyyata ehtiyacı olan 2 yaş 6 aylıq Qasımov Ömərin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva facebook hesabında yazıb.
Millət vəkili Ömərin anasıyla danışdığını qeyd edib. Qeyd edib ki, Ömərin anası zəng edilib və Mehriban xanımın adından onu Bakıya dəvət ediblər:
“Ömərin bütün əməliyyat və müalicə işləri Mehriban xanımın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürür. İnşallah Ömər də Mehriban xanımın diqqəti və qayğısı ilə yenidən sağlığına qovuşacaq, minlərlə uşaqlar kimi ailəsi və millətimiz üçün xeyirli övlad olacaq”.
Mənbə:oxu.az