Avropa alimləri tərəvəzlərdən ət hazırlayıblar.
Dünya KİV xəbər verir ki, “LikeMeat” layihəsinin məqsədi dadı əti xatırladan, amma tərəvəzlərdən hazırlanan ərzaq yaratmaq idi. Və deyəsən bir neçə şirkətin və tədqiqat institutlarının alimləri birləşərək buna nail olublar.
Bu unikal ərzağı hazırlamaq üçün Avropanın bir neçə iri institut və universitetlərinin alimləri bir araya gəlmişdi. Ərzaq tamaməm tərəvəzlərdən hazırlansa da dadı ilə adi ət parçasını xatırladır.
Fraunqofer Universitetinin əməkdaşı Florina Ualdın sözlərinə görə “tərəvəz əti”nin üstünlükləri – qiymətinin nisbətən ucuz, saxlama müddətinin isə daha çox olması, eləcə də ekoloji təhlükəsizliyi və sənaye miqyasında istehsal edilməsidir.
Bundan başqa ət və ət məhsullarına müxtəlif növ allergiyalardan əziyyət çəkən insanlar da bu ərzaqdan istifadə edə biləcəklər.
Yeni ərzaqın istehsalına isə yaxın zamanlarda başlayacaqlar.
Mənbə:oxu.az