Qadin.NET / Çılpaq yatmağın hansı faydaları var?

Çılpaq yatmağın hansı faydaları var?


Çılpaq yataraq özünüzü sərin və seksual hiss edəcəksiniz
Tibb alimləri maraqlı bir araşdırmaya imza atıblar.

Anspress-in məlumatına görə, onlar çılpaq yatmanın həm cinsi həyata, həm də sağlamlığa bir çox faydası olduğunu aşkarlayıblar. Çılpaq yatsanız, aşağıdakı faydaları görəcəksiniz.

Buraxın bədəniniz havalansın: Mütəxəssislərə görə, çılpaq yatmaq xüsusilə xüsusi bölgələrimiz üçün olduqca faydalıdır. Bu bölgədə olan bakteriyaların çoxalıb zərərli bir hala gəlməsinə çılpaq yataraq mane ola bilərsiniz.

Cinsəlliyə daha açıq hiss edin: Çılpaq yatdığınızda bədəninizdə oksitosin kimi maddə ifraz olunduğundan seks üçün daha açıq və daha rahatlamış olacaqsınız.

Sərində yataraq gözəlləşin: Gecə çox istidə yatmaq melotonin kimi böyümə və inkişafı təmin edən hormonların ifraz olunmasına maneə törədir. Bədən istiliyiniz azaldığında da bu hormonlar ifraz olunaraq dərinizin gözəlləşməsi və möhtəşəm görünmənizi təmin edir.

İdeal bir görünüş təmin edin: Aclıq və enerji səviyyənizə nəzarət edən kortizol, çılpaq yatdığınızda düşərək rahatlamanızı təmin edir. Eyni zamanda acaraq çox yemənizə də maneə törədir.

Özünüzdən əmin olun: Çılpaq yataraq özünüzü sərin və seksual hiss edəcəksiniz. Bu da özünüzə olan etibarınızı artıracaq.

Mənbə:Milli.Az

19 aprel 2014
GO BACK