Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Beyləqanda vətəndaşları qəbul edəcək. Milli.Az xəbər verir ki, DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Komitənin sədri, gömrük xidməti general-leytenantı A.Əliyev aprelin 25-də saat 11:00-da Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 7) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı bölgədə yerləşən rayonların - Beyləqan, Füzuli, Cəbrayıl, Kəlbəcər, Xocavənd, Xocalı, Laçın rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Mənbə:Milli.Az