Qadin.NET / Xəstənin qarnından qızıl çıxardılar

Xəstənin qarnından qızıl çıxardılar


Hindistanın paytaxtı Dehlidəki klinikalardan birində aparılmış cərrahiyyə əməliyyatında iş adamı olan pasiyentin qarnından 12 qızıl külçəsi çıxarılıb.

Milli.Az The Dailiy Mirror-a istinadən bildirir ki, 63 yaşlı şəxs "Sir Ganga Ram Hospital"a güclü qarın ağrıları, ürəkbulanma və qəbizlik şikayəti ilə çatdırılmışdı. İş adamının dediyinə görə, onun özünü belə pis hiss etməsinin səbəbi arvadı ilə davadan sonra butulka qapağı udması olub.
Lakin cərrahlar 3 saat davam etmiş əməliyyat sonucunda pasiyentin qarnından butulka qapağı ilə yanaşı, hər biri 400 qram ağırlığında 12 qızıl külçəsi çıxarıblar.
"Sir Ganga Ram Hospital"ın baş cərrahı C.S.Ramaşandranın dediyinə görə, karyerasında belə hadisə ilə qarşılaşmayıb: "Bir dəfə pasiyentin sidik kisəsindən 1 kq ağırlığında daş çıxarmışdım. Amma qarında qızıl tapmaq ağlagəlməzdir".
Əməliyyatdan dərhal sonra polis və gömrükçülər pasiyentin ifadəsini alıblar, qızılları müsadirə ediblər.
Polisdən verilən məlumata görə, bu iş adamı Hindistana qızılı qaçaq yolla keçirmək üçün udubmmuş. Qızıl qaçaqmalçılığı ölkənin hakimiyyət dairələrinin qızıl və qızıl məmulatlarının idxal rüsumlarını artırmasından sonra daha da aktivləşib.
Mənbə:Milli.Az

19 aprel 2014
GO BACK