Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kolumbiya Respublikasının Prezidenti Xuan Manuel Santosa məktub ünvanlayıb.
Milli.Az-ın AzərTAc-a istinadən məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Böyük yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.
Bu əvəzsiz itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə, bütün Kolumbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Mənbə:Milli.Az