Qadin.NET / "Yuventus" "Borussiya"nın futbolçusuna elçi düşüb

"Yuventus" "Borussiya"nın futbolçusuna elçi düşüb

 


"Borussiya" (Dortmund) klubunun müdafiəçisi Mats Hummelsə təkliflər gəlməkdə davam edir. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu dəfə "Yuventus" klubu almaniyalı futbolçuya "elçi" düşüb. Turin təmsilçisi artıq 25 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb. Lakin Hummelslə "Barselona" və "Mançester Yunayted"in də maraqlanması "Yuventus"un işini çətinə salıb. Dortmund klubu Hummelsi yalnız yüksək məbləğ qarşılığında satacaqlarını açıqlayıb. Bu üç komandadan hansının yüksək məbləğindən keçəcəyi maraq doğurur. 

Qeyd edək ki, 2009-cu ildən "Borussiya"nın şərəfini qoruyan Hummels keçirdiyi 142 oyunda 14 qola imza atıb.

Mənbə:Milli.Az
19 aprel 2014
GO BACK