Qadin.NET / Bakı-Sumqayıt yolunu sakinlər bağladılar

Bakı-Sumqayıt yolunu sakinlər bağladılar

 

Sumqayıtdan Bakı istiqamətində gələn yolu sakinlər bağlayıblar. Milli.Az xəbər verir ki, Ceyranbatan qəsəbəsinin bir qrup sakini evlərində su gəlməməsinə yolu bağlamaqla etiraz edirlər. Onlar Bakı-Sumqayıt yolunun "SOCAR" yanacaqdoldurma məntəqəsi yerləşən hissəsini bağlayıblar. 

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a bildiriblər ki, hazırda ərazidə polis əməkdaşları işləyirlər. Yolun açılması istiqamətində iş aparılır. 

Teymur Hacıyev 
Mənbə:Milli.Az

 



19 aprel 2014
GO BACK